Zakir Həsənov Belarusa səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Belarusa səfərə yola düşüb

14:01 - 22 / 02 / 2018
Zakir Həsənov Belarusa səfərə yola düşüb

Fevralın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minskə səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı nəzərdə tutulub. Həmçinin bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər planlaşdırılır.

General-polkovnik Z.Həsənov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri də ziyarət edəcək.

1news.az

 

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər