Bu da oldu - Aparıcı canlı yayımda doğdu - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Bu da oldu - Aparıcı canlı yayımda doğdu - FOTO - VİDEO

21:10 - 22 / 02 / 2018
Bu da oldu - Aparıcı canlı yayımda doğdu - FOTO - VİDEO

ABŞ-ın Sent-Luis şəhərində fəaliyyət göstərən “The Arch” radiosunun aparıcısı Kessidey Proktor uşağını canlı yayımda dünyaya gətirib.

1news.az xəbər verir ki, qeysəriyyə üsulu ilə əməliyyat olunan aparıcı xüsusi anlarını izləyiciləri ilə bölüşüb. Bunun üçün radiounun rəhbərliyi öncədən xəstəxana ilə danışaraq doğuş prosesinin canlı yayımlanmasına icazə alıblar.

Aparıcı körpəsini vaxtından 2 həftə öncə dünyaya gətirdiyini və bu anlarını izləyiciləri ilə bölüşməkdən məmnunluq duyduğunu dilə gətirib. 3 kiloqram 300 qram ağırlığında doğulan körpəyə dinləyicilərin səs çoxluğu ilə Ceyms adı qoyulub.

1news.az

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər