XİN: Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərilir
Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi bu məqsədlə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatlara dəvət göndərib. Proses davam edir.
1news.az
527