CAR səfiri Bakıda əməkdaşlığın inkişafını müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

CAR səfiri Bakıda əməkdaşlığın inkişafını müzakirə edəcək

15:50 - 23 / 02 / 2018
CAR səfiri Bakıda əməkdaşlığın inkişafını müzakirə edəcək

Cənubi Afrika Respublikasının(CAR) Azərbaycandakı qeyri-rezident səfiri Pule Malefane(iqamətgahı Türkiyədə)  26 fevral - 2 mart tarixlərində Bakıda səfərdə olacaq.

1news.az-a səfirlikdən verilən məlumata görə, səfir Malefanenin rəhbərlik etdiyi nümayəndə heyətinə Türkiyədəki diplomatik korpusun səlahiyyətliləri, CAR-ın Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Departamentinin nümayəndələri və biznes təmsilçiləri daxil olacaq.

Səfir Malefane Bakıda hökumət rəsmiləri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşəcək. Həmçinin, Azərbaycan Ticarət və Sənaye Palatası ilə CAR arasında ticarət əlaqələrini təşfiq etmək  üçün anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Bundan əlavə, fevralın 28-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlıq çərçivəsində seminar təşkil ediləcək və anlaşma memorandumu imzalanacaq.

Səfir Malefane fevralın 27-də Nelson Mandellanın 100-cü ildönümü münasibətiylə ADA Universitetində mühazirə ilə çıxış edəcək.

P.Sultanova

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər