Papua-Yeni Qvineya növbəti zəlzələ - ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Papua-Yeni Qvineya növbəti zəlzələ - ölənlər var

15:15 - 26 / 02 / 2018
Papua-Yeni Qvineya növbəti zəlzələ - ölənlər var

Papua-Yeni Qvineyada gecə saatlarında başlamış zəlzələ dalğası davam edir.

1news.az xəbər verir ki, bir müddət əvvəl 6 bal gücündə növbəti zəlzələ baş verib.

Bu dəfə yeraltı təkanlar 25 km dərinlikdə baş verib.

Son məlumatlara görə, zəlzələlər nəticəsində azı 3 nəfər həlak olub.

Qeyd edək ki, daha öncə Papua-Yeni Qvineyada 7,6 bal gücündə zəlzələ baş vermiş, sonra isə 4-6 bal arasında ondan çox yeraltı təkan qeydə alınmışdı.

1news.az

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər