Çikaqoda Xocalı soyqırımının 26-cı ildönümü anılıb | 1news.az | Xəbərlər
Siyasət

Çikaqoda Xocalı soyqırımının 26-cı ildönümü anılıb

09:34 - 26 / 02 / 2018
Çikaqoda Xocalı soyqırımının 26-cı ildönümü anılıb

Xocalı soyqırımının 26-cı ildönümündə ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda (İllinoys ştatı) yaşayan azərbaycanlı və türk icmasının nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” yürüşü keçirilib.

1news.az xəbər verir ki, yürüş zamanı şəhərin mərkəzi küçəsi olan məşhur Miçiqan prospektində toplaşan soydaşlarımız əllərində “Xocalıya ədalət”, “Xocalını unutmayın” və digər şüarlar yazılmış plakatlar tutublar.

Qeyd edək ki, İştirakçılar arasında qardaş ölkə Türkiyənin Çikaqodakı Baş konsulu Umut Acar iştirak edərək yürüş iştirakçılarına dəstək olub.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər