Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

09:40 - 26 / 02 / 2018
Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Avropa Parlamentində yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

1news.az xəbər verir ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı hadisəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Sənədi şərh edən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən Bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən gərəkli qiymətin verilməsi üçün atılan ilk addım olduğunu bildirib:

“Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidür”.

Millət vəkili daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvlərinin ləyaqəti qarşısında bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya birliyinin o gecə Xocalıda baş verən qətliamı adı ilə çağırmasını təmin etməkdir. AP üzvlərinə həqiqətlərimizin  çatdırılmasını keyfiyyətli və sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətinin qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən qəbul edilən Bəyanat çox mühüm bir addımdır. AP üzvlərinin Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan sonra da fəal şəkildə iş aparacaqlar”.

Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı yüksək qiymətləndirən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Azər Kərimli isə bildirib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycan Parlament diplomatiyasının növbəti uğurudur.

Millət vəkili bəyanatın Avropa Parlamentində yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu həmçinin AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir. Millət vəkili onu da qeyd edir ki, bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaqdır və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir: “... Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətlərə cavabdeh olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu intensiv iş tezliklə daha çox və daha ciddi nəticələr verəcəkdir”.

Məlumat üçün bildirək ki, Xocalı faciəsi ilə bağlı bəyanat ümumilikdə Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.

P.Sultanova

 

Paylaş:
1055

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər