Hərbi hissələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi hissələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTO

22:27 - 26 / 02 / 2018
Hərbi hissələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTO

Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, fevralın 26-da hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilib.

1news.az

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər