Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub – FOTO

13:42 - 27 / 02 / 2018
Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub – FOTO

Niderland Krallığının paytaxtı Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, şəhərin “De Rode Hoed” Mərkəzində simfonik orkestrın iştirakı ilə baş tutan prorqam Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb. Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirilib. Tədbirdə həmçinin Vyana Konservatoriyasının tələbəsi, solist Onidia Danger Azərbaycanla bağlı öz fikirlərini bölüşüb. O, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü deyib, xalqımıza bir daha belə faciə ilə üzləşməməyi və sülh arzulayıb.

Rekviyem-konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, bəstəkar-pianoçu Abuzər Manafovun “Xocalıya” əsəri, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər musiqilər səsnləndirilib.

Təbdirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Disporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Hollandiyanın ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, Azərbaycanın media qurumlarının rəhbərləri iştirak edib.

1news.az

Paylaş:
558

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər