Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir – FOTO

14:50 - 28 / 02 / 2018
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir – FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

1news.az-ın məlumatına görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər