ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

09:18 - 28 / 02 / 2018
ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ-ın Şimali Karolina ştatını təmsil edən respublikaçı Konqres üzvü Virciniya Foks Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Konqresdə bəyanatla çıxış edib.

1news.az-a  ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Xocalı faciəsinin qurbanlarını yad edən Konqres üzvü 1992-ci ilin 25-26 fevral tarixlərində qadın və uşaqlar daxil olmaqla 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq bu faciədə həyatını itirmiş insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.

Konqres üzvü həmçinin Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək Azərbaycan Hökumətinin beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu və bu dəstəyini davam etdirdiyini, eləcə də regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək Yolu”nun bərpasında göstərdiyi səyləri  vurğulayıb.

Sonda V.Foks bu faciəli hadisənin ildönümündə Xocalıda həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Azərbaycana dərin hüznlə başsağlığını çatdırıb.       

P.Sultanova

Paylaş:
880

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər