Səfir: Heydər Əliyev və Şeyx Zayed tarixdə iz qoymuş liderlərdir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Heydər Əliyev və Şeyx Zayed tarixdə iz qoymuş liderlərdir

13:47 - 01 / 03 / 2018
Səfir: Heydər Əliyev və Şeyx Zayed tarixdə iz qoymuş liderlərdir

Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk İslam ölkələrindən biridir. Bu Azərbaycan üçün mühüm bir dəstək idi. Bu gün isə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hər iki dövlət tərəfindən qarşılıqlı bir rəğbət var.

Tarix bir çox şəxsiyyətlər yetişdirmişdir, lakin onların hamısı tarix yarada bilməmişdir. Şeyx Zayed və Heydər Əliyev bəşər tarixində yerli və beynəlxalq səviyyədə iz qoymuş liderlərdəndirlər.

Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında 1994-cü ildə Kasablanka  şəhərində İslam Sammiti çərçivəsində  keçirilən tarixi görüşdən sonra ikitərəfli münasibətlər bütün sahələrdə sürətlə inkişaf etməyə başlamışdır.

BƏƏ və Azərbaycan xalqı həm regionda, həm də hər iki ölkədə xidmətlərinə görə bu iki liderə öz sevgisini və minnətdarlığını ifadə edirlər. Şeyx Zayedin BƏƏ-nin çiçəklənməsindəki rolunu nəzərə alaraq, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyan 2018-ci ilin BƏƏ-də "Zəyed ili" şüarını daşıyacağını açıqlamışdır.

Şeyx Zayed bin Sultan Al Nəhyan 1918-ci ildə Abu-Dabidə Al Hüsn sarayında anadan olmuşdur. Atası Şeyx Sultan Bin Zayed 1922-1926-cı illərdə Əbu-Dabi hökmdarı idi.

O, 1971-ci il dekabrın 2-də BƏƏ Federasiyasının ilk prezidenti seçilmişdir. Ali Şura tərəfindən bir neçə dəfə prezident seçilmiş, Şeyx Raşid bin Səid əl-Maktum isə onun müavini elan edilmişdir.

Şeyx Zayed gənc dövlətin bütün sahələrində işləri yaxından izləyir, xüsusilə də inkişafa ehtiyacı olan sektorlar arasında neft sərvətlərini bölüşdürür. O, iqtisadiyyat və təhsil, milli irs və mədəniyyətə qayğı göstərir, dünyagörüşü və uzaqgörənliyi sayəsində BƏƏ-nin dünya ölkələrindəki nüfuzunu nəinki qoruyur, hətta təhlükəsizlik və sabitlik sayəsində onu daha da artırırdı.

Şeyx Zayed dərk edirdi ki, insanların maarifləndirilməsi böyük bir dəyərdir,  sərvətdir, eləcə də elmə əsaslanmış bir gələcək lazımdır. Şeyx Zayed, həmçinin,  qadın və onun cəmiyyətdəki roluna böyük əhəmiyyət verirdi: "Qadınlar təkcə say baxımından deyil, yeni nəsillər yetişdirmək, onları düzgün, kamil tərbiyələndirmək məsuliyyəti daşımaq baxımından da cəmiyyətin yarısıdırlar". Qadınların rolu heç də kişilərin rolundan az deyil, bugünkü tələbə qızlar gələcəyin analarıdır".

Şeyx Zayed dünya xalqları arasında tolerantlığın və sülhün hakim olması niyyətində idi. Belə ki, o, fanatizmin qəti əleyhdarlarından idi. Müsahibələrinin birində deyir: "Terror İslamın və bəşəriyyətin düşmənidir, əsl müsəlman bütün bəşərin dostu, müsəlman və qeyri-müsəlmanın qardaşıdır. Çünki İslam rəhmət və dözümlülük dinidir". Bu baxımdan Şeyx Zayed deyir: "İnsanlar arasındakı əlaqə (əməkdaşlıq) Allah Təalanın dəvət etdiyi şəfqətə gətirib çıxarır. Bir insan digər insana qarşı mərhəmətli olmalıdır". Şeyx Zayed 30-a yaxın əsərin müəllifidir, onlardan: Quran kəlimələri: təfsir və bəyan, Quranın məali və onun qüdsi bəyanı, Quranın tilavəti və onu dinləmə mədəniyyəti. Şeyx Zayed haqqı çəkinmədən söyləməkdə, fətvalarda heç bir mübaliğəyə yol verməməkdə qüvvətli bir insan kimi tanınırdı.

Şeyx Zayed bir çox sahələrdəki xidmətləri sayəsində çoxsaylı mükafatlara layiq görülmüşdür, onlardan bir neçəsini misal gətirə bilərik:

  • 1985-ci il, Cenevrə, Qızıl Sənəd:
  • 1995-ci il, Ciddə. Şəxsi inkişaf mükafatı. Yaxın Şərq Tədqiqat və Media Araşdırmaları Mərkəzi.
  • 1998-ci il, Paris. Dünyanın ən görkəmli şəxsiyyəti
  • 1999-cu il Zayed İslam Şəxsiyyəti: Beynəlxalq Quran-ı Kərim Komitəsi.
  • 1996-cı il Körfəz Biznes mükafatı
  • 2001-ci il - FAO Dünya Qida Günü Medalı

BƏƏ xalqı bu gün də Şeyx Zayedin öz xalqı və onun rifahı üçün əməyini, səylərini unutmur, onun xatirəsini əziz tutur və onun adına bir sıra  mükafatlar təsis edir, olduqca əhəmiyyətli müəssisələrə məhz Şeyx Zayedin adı verilir:

Zayed Beynəlxalq Ətraf Mühit Fondu - Zayed Beynəlxalq Ətraf Mühit Mükafatı, Zayed Xeyriyyə İşləri Fondu, Zayed Universiteti, Abu Dabidə ən məşhur yerlərdən biri olan Şeyx Zayed məscidi: Məkkədəki Məscid əl-Haram və Məscidül Nəbidən sonra dünyanın üçüncü ən böyük məscidi.

Bu gün Birləşmiş Ərəb Əmirliklərindəki təhlükəsizlik, sabitlik, əmin-amanlıq və yüksək səviyyəli həyat keyfiyyəti Şeyx Zayed bin Sultanın əsasını qoyduğu və övladları tərəfindən davam etdirilən siyasətin nəticəsidir.

Ölkəsinə, işinə sədaqəti, vətəninin tərəqqisi və rifahı üçün atdığı addımlar bu dahi şəxsiyyətin vətəninə qazandırdığı uğurlara dəlalət edir. Bu gün isə Şeyx Xəlifə bin Zayed Şeyx Zayed bin Sultanın ən böyük oğlu, atasının xələfi kimi onun qoyduğu inkişaf və tərəqqi yolunu davam etdirir.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın dövründə daha da genişlənmişdir və indi də müxtəlif sahələrdə ildən-ilə inkişaf edir.

Mohamed Alqubaisi

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri

Paylaş:
1930

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər