Yerevanda müxalifət aksiya keçirib
Yerevanın Azadlıq meydanında Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyasının aksiyası keçirilib.
1news.az-ın “News.am”-a istinadən verdiyi xəbərə görə, aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini anmaq məqsədi ilə təşkil olunub.
Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin “Çıxış” blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.
Qeyd edək ki, 10 il əvvəl Yerevanda baş verən toqquşmalarda 8 etirazçı və 2 polis əməkdaşı həlak olmuşdu. Onların ölümünə görə bu günə qədər heç kim məsuliyyətə cəlb olunmayıb.
1news.az
754