Mərakeşin XİN rəhbəri Azərbaycana səfərə gəlir | 1news.az | Xəbərlər
Siyasət

Mərakeşin XİN rəhbəri Azərbaycana səfərə gəlir

17:08 - 02 / 03 / 2018
Mərakeşin XİN rəhbəri Azərbaycana səfərə gəlir

Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Azərbaycanda rəsmi səfərdə olacaq.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində nazir Nasser Bouritanın həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan hökuməti və Mərakeş Krallığı hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçiriləcək.

Nazirlərin martın 5-də birgə mətbuat konfransı keçiriləcək.

P.Sultanova

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər