Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək

15:24 - 03 / 03 / 2018
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək

Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.

Marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda baş tutacaq.

"İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir", - deyə qaçışın baş tutacağı zalın sahibi olan "Əl-Vahda" klubunun prezidenti Əhməd Teyib bildirib.

Qeyd edilir ki, marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq.

Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər