Bu adada insanlar yoxa çıxır: Elm susur - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Bu adada insanlar yoxa çıxır: Elm susur - VİDEO

21:22 - 05 / 03 / 2018
Bu adada insanlar yoxa çıxır: Elm susur - VİDEO

Planetimizdə saysız-hesabsız müəmmalı yerlər var ki, onları tədqiq etmək və elm üçün aydınlaşdırmaq sadəcə mümkün deyil. Bu cür təbiət sirləri qarşısında nəinki elm, insanlar da acizdir.

1news.az Teleqraf.com-a istinadən xəbər verir ki, belə müəmmalı yerlərdən birinin Envaitenet olduğunu tamamilə söyləmək mümkündür. Adi gözlə görünən bu ada Keniyadakı nəhəng Rudolf gölünün, demək olar, düz mərkəzində yerləşir. Yerli turkan və elmolo tayfaları adaya hətta, ən primitiv sallarla belə asanlıqla gedə bilirlər. Ancaq bu “ovsunlanmış ada”da heç kim yaşamır. Bundan başqa adaya nə alimlər, nə də paranormal hadisələrin tədqiqatçıları gedirlər. Çünki bu adadan, yerli sakinlərin dediyi kimi (bu, praktikada öz təsdiqini tapır) heç kim qayıtmır. Sözsüz ki, bu hal insanlar orada “vaxtından çox” qaldıqda baş verir.

Rudolf gölünün ətrafında yaşayan keniyalı tayfalar arasında belə bir əfsanə dolaşır ki, Envaitenet adasından yerli əhali heç vaxt köçürülməyib. Ancaq 1630-cu ildə qəfildən adanın bütün sakinləri eyni vaxtda yoxa çıxıblar. Keniyalılar əmindirlər ki, adanın ortasında od saçan nəhəng mağara var, mağara hansısa formada insanları cəlb edir və onları “udur”.

Aborigenlər arasında adada yaşamaq istəyən qoçaqlar olurdu. Hətta, bəziləri buna müvəffəq olurdu. Ancaq onlar da az sonra yoxa çıxırdı. Qonşu Loienqalani kəndinin sakinləri onları yoluxmağa gələndə adada canlı həyata dair hər hansı işarə tapmırlar. Onların yalnız əşyaları, hətta yeyilməmiş yeməkləri qalmışdı...

O vaxtdan indiyədək ada sakinsiz qalır. Avropalılar hələ XVIII əsrdə Envaitenetlə maraqlanırlar. Yerli əhalinin bütün xəbərdarlığına baxmayaraq, Hollandiya və Almaniyadan adaya ekspedisiya yola düşür. Heç biri qayıtmır, hamısı yoxa çıxır.

Adanın sirrini açmağa sonuncu dəfə 1935-ci ildə Vivian Fuşun başçılığı ilə bir qrup ingilis alimi cəhd edir. Onun iki həmkarı – tədqiqatçılar Bill Dayson və Martin Şeflis adaya yola düşür və onlar da qayıtmır. Narahat olan Fuş onların ardınca xilasedicilər göndərir, ancaq heç kimi tapmaq mümkün olmur.

Təhlükəli adada indiyədək ancaq ilanlar və timsahlar yaşayır. İtkin düşən sakinlərdən isə heç bir nişanə yoxdur. Yeri gəlmişkən onu da qeyd edək ki, xəritədə rəsmən Cənub adası adlandırılsa da, yerli sakinlər onu Envaitenet adlandırırlar. Bu isə yerlilərin dilində “Geridönməz” mənası verir.

1news.az

Paylaş:
1157

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər