Kanalizasiyadan timsah çıxdı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Kanalizasiyadan timsah çıxdı - FOTO

22:17 - 05 / 03 / 2018
Kanalizasiyadan timsah çıxdı - FOTO

Hindistanın Mumbay şəhərində kanalizasiya sisteminə girən timsah çətinliklə azad edilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 130 santimetr uzunluğu, 8 kiloqram çəkisi olan timsahı xilas etmək üçün nasoslarla kanalizasiyadakı suyun səviyyəsi aşağı salınıb və bütün çıxışlar tutulub.

15 nəfərdən ibarət xilasedici qrup 7 saatlıq çalışmadan sonra timsahı xilas etməyi bacarıblar və yenidən çaya buraxıblar.

Timsahın Musson yağışlarının yaratdığı sellərdə kanalizasiyaya sürükləndiyi ehtimal edilir.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər