Meksika səfiri Göyçaya səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Meksika səfiri Göyçaya səfər edib

09:28 - 07 / 03 / 2018
Meksika səfiri Göyçaya səfər edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini regionlararası əlaqələri inkişaf etdirmək məqsədilə Göyçay rayonuna səfər edib.

1news.az-a Meksika səfirliyindən verilən məlumata görə, səfir rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüş keçirib.

Görüşdə İH-in başçısı Göyçay rayonu haqqında əsas məlumatları təqdim edib. Bu xüsusda, o, rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətlərindən danışıb.

Səfir Labardini, öz növbəsində, Meksika barədə məlumat verib, diplomatik nümayəndəliyin fəaliyyətindən söz açıb. Qeyd edib ki, səfirlik regionlarası əlaqələrin gücləndirilməsini vacib və zəruri bir hal hesab edir. Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində də həyata keçirilir.

Diplomat ölkənin ən çox inkişaf olunmuş sektorlardan biri olan Meksikanın kənd təsərrüfatından danışıb. Bundan əlavə, vurğulayıb kı, bu sahədə olan irəliləyişlər Meksikanın ixracat səviyyəsində müsbət şəkildə əks olunur. Belə ki, bügün ABŞ bazarındakı hər iki pomidordan biri və dünyada hər üç avokadodan biri Meksika mənşəlidir.

Tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrini kəşf edə bilmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar. Bundan əlavə, Göyçay və Meksikanın bir şəhəri arasında mümkün qardaşlaşma haqqında söhbət açıblar.

Görüşdən sonra səfir süd və nar şirəsi istehsalı zavodlarını ziyarət edib.

P.Sultanova

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər