Bakteriyalı yemiş 4 nəfərin həyatına son qoyub | 1news.az | Xəbərlər
Dünya

Bakteriyalı yemiş 4 nəfərin həyatına son qoyub

11:31 - 07 / 03 / 2018
Bakteriyalı yemiş 4 nəfərin həyatına son qoyub

Avstraliyanın əyalətlərindən birində listeria bakteriyası yoluxmuş yemişi yeyən 4 nəfər həyatını itirib, 17 nəfər isə xəsətəxanaya yerləşdirilib.

Bakteriyaya yoluxmuş yemişlər ölkənin Griffit kəndi yaxınlığında yetişdirildiyi məlum olub.

Əyalətin Səhiyyə İdarəsi bu yemişlərdən alan vətəndaşlara istifadə etməmələri barədə müraciət edib.

Səhiyyə işçiləri qeyd edib ki, bu bakteriya xüsusilə uşaqlar, hamilələr və yaşlılara daha tez təsir edir. Həmçinin bakteriyanın torpaq, su və heyvanlardan da yoluxa bilir.

S.Xankişiyeva

 

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər