Müəllimlər dərsə silahla gələcəklər
Florida ştatının nümayəndələr palatası müəllimlərə və digər məktəb işçilərinə silah gəzdirmək icazəsi verən qanun layihəsini qəbul edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qanun layihəsində, həmçinin sərbəst silah gəzdirilməsinə bir sıra məhdudiyyətlər qoyulub. Belə ki, silah alınması üçün minimal yaş həddi artırılaraq 18-dən 21-ə qaldırılıb.
Ştatın nümayəndələr palatasında sənəd 50 səsə qarşı 68 səslə qəbul olunub. Qanun layihəsinə bundan əvvəl ştat senatı da “hə” deyib və indi o, imzalanmaq üçün qubernator Rik Skotta göndəriləcək. Müəllimlərin silahlandırılmasının əleyhinə olduğunu bildirən ştat qubernatoru sənədə veto qoymaq barədə hələlik qəti fikrə gəlməyib.
Xatırladaq ki, fevralda Florida məktəblərinin birində 17 nəfərin silahlı hücum nəticəsində öldürülməsi ABŞ-da silah gəzdirilməsinə məhdudiyyət qoyulması mövzusunda yeni diskussiyalara rəvac verib.
1news.az