Çarşabını çıxaran qadına iki il həbs cəzası verilib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Çarşabını çıxaran qadına iki il həbs cəzası verilib – FOTO

11:28 - 09 / 03 / 2018
Çarşabını çıxaran qadına iki il həbs cəzası verilib – FOTO

İranda məcburi baş örtüyünün tətbiqinə qarşı çıxan bir qadına 24 ay həbs cəzası verilib.

1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, bu barədə qərar dünən çıxarılıb.

Qərara görə, kimliyi açıqlanmayan qadın cəzasının ilk üç ayını çəkdikdən sonra apellyasiya şikayəti verərək azadlığa çıxa bilər.

Ancaq “Mizan Online”nın yaydığı məlumatda deyilir ki, Tehran baş prokuroru Abbas Cəfəri Dölətabadi qadının “əxlaqi deqradasiyanı təşviq etdiyinə görə” əfv haqqının olmadığı qənaətindədir.

Onun fikrincə, qadın iki illik cəzasını çəkməlidir.

S.Xankişiyeva

Paylaş:
1041

Son xəbərlər

Bütün xəbərlər