Hindistanda bəbir kəndə hücum edərək bir kişini yaralayıb – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Hindistanda bəbir kəndə hücum edərək bir kişini yaralayıb – VİDEO

15:34 - 10 / 03 / 2018
Hindistanda bəbir kəndə hücum edərək bir kişini yaralayıb – VİDEO

Hindistanın İndaur şəhərində bəbir yaşayış məhəllələrinə girərək insanlara hücum edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yerli sakinlər polis və heyvanlar üzrə mütəxəssisləri çağırıblar.

Bundan sonra bəbiri yarımçıq tikilidə tutmağa çalışıblar, lakin heyvan onların əlindən çıxıb və bir kişini yaralayıb.

Bir neçə saat sonra bəbir xüsusi vasitə ilə yatırdılıb.

S.Xankişiyeva

Paylaş:
766

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər