ABŞ-da silahlı şəxs girov götürdüyü üç nəfəri və özünü öldürüb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da silahlı şəxs girov götürdüyü üç nəfəri və özünü öldürüb

15:55 - 10 / 03 / 2018
ABŞ-da silahlı şəxs girov götürdüyü üç nəfəri və özünü öldürüb

ABŞ-ın Kaliforniya ştatının Yuntvil şəhərindəki veteranlar evində girov götürülən üç qadın ölü tapılıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis nümayəndəsi açıqlama yayıb.

İlkin məlumata görə, veteranlar evinə hücum edən silahlı şəxs girov götürdüyü 3 nəfəri və özünü öldürüb.

Kaliforniya qubernatoru Jerry Brovn öldürülən qadınların veteranlar evinin işçiləri olduqlarını açıqlayıb.

Silahlı şəxsin hərbi proqramlardan birinin iştirakçısı olduğu və psixi pozuntu səbəbindən proqramdan kənarlaşdırıldığı bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər