İngiltərə Rusiya məmurlarına qarşı “qanun” hazırlayır | 1news.az | Xəbərlər
Dünya

İngiltərə Rusiya məmurlarına qarşı “qanun” hazırlayır

15:23 - 11 / 03 / 2018
İngiltərə Rusiya məmurlarına qarşı “qanun” hazırlayır

Britaniya hökuməti insan hüquqlarını pozan və korrupsiyada əli olan Rusiya məmurlarına qarşı “Maqnitski qanunu”nun analoqunu hazırlamaqla bağlı qərar qəbul edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yeni antirusiya sanksiyaları ilə bağlı Britaniyanın XİN rəhbəri Borus Conson və daxili işlər naziri Ember Radd artıq razılaşıblar. Məhdudlaşdırıcı tədbirlərə siyahıya düşmüş rusların bank aktivlərinin dondudurlması və vizaların verilməsi daxildir.

Müvafiq qanunun hazırlanması Rusiyanın Dövlət Kəşfiyyat İdarəsinin eks-polkovniki Serqey Skripal və qızının zəhərlənməsindən sonra başlayıb. İngiltərə məmurları sübut-dəlillərin olmamasına baxmayaraq, hadisəni Moskva ilə əlaqələndirir.

Hökumət qanun layihəsinin qüvvədə olması üçün bəndlərə aydınlıq gətirməsə də, artıq nazirlər buna razılıqlarını bildiriblər.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1089

Son xəbərlər

Bütün xəbərlər