Afrində 3300 terrorçu zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Dünya

Afrində 3300 terrorçu zərərsizləşdirilib

16:21 - 11 / 03 / 2018
Afrində 3300 terrorçu zərərsizləşdirilib

Bu günə Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında 3300 terrorçu zərərsizləşdirilib.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə prezidenti "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini vurğulayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

S.Xankişiyeva

 

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər