Səfir: Yalnız Azərbaycan, Qazaxıstan və Belarus iqtisadi-sosial inkişafını sabit səviyyəyə çatdırıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Yalnız Azərbaycan, Qazaxıstan və Belarus iqtisadi-sosial inkişafını sabit səviyyəyə çatdırıb

17:35 - 14 / 03 / 2018
Səfir: Yalnız Azərbaycan, Qazaxıstan və Belarus iqtisadi-sosial inkişafını sabit səviyyəyə çatdırıb

Bu gün Qazaxıstanın Azərbaycandakı səfirliyində prezident Nursulatn Nazarbayevin “Müstəqilik erası” kitabının təqdimatı olub.

1news.az xəbər verir ki, tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev kitabı unikal nəşr adlandırıb. O deyib ki, kitabda Qazaxıstanın 26 il ərzində keçdiyi yol, inkişafı, planlar barədə məlumat verilib. Ölkənin iqtisadi inkişafı, həmçinin, sənaye, rəqəmsal iqtisadiyyata keçiddə əldə edilmiş uğurlar, Qazaxıstanın beynəlxalq təşkilatlarda iştirakı və rolu əks olunub.

Səfir vurğulayıb ki, ölkənin qarşılaşdığı çətinliklərə baxmayaraq qazanılan uğurlar da az deyil. Bütün bunlara isə ölkə rəhbərinin müdrik siyasəti nəticəsində nail olunub.

Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrə toxunan səfir bildirib ki, hər iki ölkənin iqtisadiyyatı hər il daha da inkişaf edir. O, iki ölkə arasında tranzit, logistika, nəqliyyat sahəsində imzalanmış sənədləri yüksək qiymətləndirib.

B.İssabayev əlavə edib ki, bu gün Qazaxıstan və Azərbaycan rəhbərləri qeyri-neft sahəsinin inkişafına xüsusi diqqət yetirirlər. Keçmiş sovet respublikaları arasında yalnız üçü-Azərbaycan, Qazaxıstan və Belarus iqtisadi-sosial inkişafını sabit səviyyəyə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycab-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Qazaxıstanın Dostlarl Klubunun fəxri üzvü Yəhya Əliyev kitabın əhəmiyyəti barədə danışıblar, kitabı Qazaxıstanın tarixinin bir hissəsi adlandırıblar.

P.Sultanova

Paylaş:
723

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər