Tokionun Tsukuzi bazarında nəhəng tuna balığı satılıb | 1news.az | Xəbərlər
Dünya

Tokionun Tsukuzi bazarında nəhəng tuna balığı satılıb

20:59 - 14 / 03 / 2018
Tokionun Tsukuzi bazarında nəhəng tuna balığı satılıb

Tokionun məşhur Tsukuzi bazarında satılan nəhəng tuna balığı yalnız alıcıların deyil, buraya toplaşan turistlərin də böyük marağına səbəb olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, çəkisi 460 kiloqram olan balıq Vakayama prefekturası sahillərində martın 13-də tutulub. Nəhəng balıq 8 milyon 740 min yenə (təqribən 82 min dollara) satılıb.

Bu, Yaponiya sahillərində tutularaq balıq hərraclarında satılan ikinci böyük tuna balığıdır. Tsukuzi bazarında satılan ən böyük tuna balığı isə 1986-cı ildə Miyazaki prefekturası sahillərində tutulub və çəkisi 496 kiloqram olub.

1news.az

Paylaş:
1182

Son xəbərlər

Bütün xəbərlər