Məşhur alim vəfat etdi | 1news.az | Xəbərlər
Dünya

Məşhur alim vəfat etdi

09:49 - 14 / 03 / 2018
Məşhur alim vəfat etdi

Bütün dünyada məşhur olan alim Stiven Uilyam Hokinq 76 yaşında vəfat edib.

1news.az xəbər verir ki, bu barədə BBC mərhumun ailəsinə istinadla məlumat yayıb.

Nəzəriyyəçi – fizik Stiven Hokinqin 10 milyon nüsxədə çap edilən “Zamanın qısa tarixi” kitabının müəllifidir. Alim kainatın ilkin vəziyyətinin öyrənilməsi sahəsində çalışırdı.

Qeyd edək ki, Hokinq tamamilə iflic vəziyyətdə olmasına baxmayaraq, aktiv həyat tərzi sürürdü və elmlə məşqul olurdu.

O, ötən il verdiyi müsahibədə 75 yaşına kimi yaşayacağını heç düşünmədiyini və özünü şanslı hiss etdiyini söyləyib.

Hokinqə 21 yaşında hərəkət ifkici ilə bağlı diaqnoz qoyulub və onun iki, ya üç il ərzində həyatını itirə biləcəyi söylənilib. Amma o düz 54 il yaşayıb və hərəkət məhdudiyyətinə baxmayaraq işləyib, yeni elmi məqalələr yazıb.

1news.az

Paylaş:
1590

Son xəbərlər

Bütün xəbərlər