Mübariz Əhmədoğlu: Serj Sərkisyan konstitusiya pozuntularının sayına görə “Ginnesin rekordlar kitabı”na nominantdır
Ermənistan prezidenti Serj Sərkisyan son 5 ildə Ermənistanın konstitusiyasının maddələrini 4 dəfə inkar etdi. Bunlardan ikisi əvvəlki redaksiyada olan, ikisi isə dəyişilmiş konstitusiyaya aiddir.
1news.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan parlamentinin “Yelk” (Çıxış) fraksiyasının deputatı, “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyan 2012-ci ildə parlament seçkiləri zamanı deputat seçilərkən konstitusiyanın son beş ildə Ermənistan ərazisində yaşamaq tələbinə cavab vermirdi:
"Bu barədə Ermənistan prezidentinin parlament məsələləri üzrə köməkçisi işləmiş Viktor Dallakyan sənədli-sübutlu məlumat yaydı.
Karen Karapetyan Rusiya vətəndaşı olduğu halda Ermənistan respublikasında baş nazir postuna təyin edildi.Konstitusiyanın tələbinə görə Baş nazir son 4 ili Ermənistan ərazisində yaşamalıdır. K.Karapetyan da son 4 ildə Ermənistan ərazisində yaşamamışdı.
Yeni konstitusiyanın tələbinə görə parlament üsul-idarəsinə keçmiş Ermənistanın ilk prezidenti ümumxalq səsverməsi yolu ilə seçilməli idi. Çünki konstitusiyanın prezidentin parlamentdə seçilməsi tələbi yalnız ilk prezident seçildikdən sonra qüvvəyə minir.
Prezident Sərkisyan saxtalaşdırmaqda əsas silahı olan ədliyyə naziri D.Arutyunyan bunun izahını verə bilmədi.
Prezident seçilmiş Armen Sərkisyan Böyük Britaniyanın vətəndaşıdır. Ən azı 2014-cü ildə yazdığı tərcümeyi-halında özünü Böyük Britaniyanın vətəndaşı kimi göstərib. Vunderkind-saxtalaşdırıcı Ədliyyə naziri D.Arutyunyan cəmi bir arqument tapa bildi: A.Sərkisyan Böyük Britaniya vətəndaşlığından imtina etməklə bağlı ərizəni 2011-ci ildə təqdim edib. Başqa sözlə, o da A.Sərkisyanın Ermənistan vətəndaşı olmadığını etiraf edir".
Politoloq vurğulayıb ki, Serj Sərkisyanın konstitusiyanı pozmaq şakəri göz qabağındadır. Amma o bunu təkbaşına etməyib: "Seçkilərdə, mətbuat və insan hüquqları sahəsində törətdiyi qanun pozuntularına Qərbin göz yumması, hətta alqışlaması onu konstitusiyanı pozmağa şirnikləşdirib.
Dünyada qısa müddət ərzində konstitusiya normasını 4 dəfə pozan ikinci prezident yoxdur. Ona görə S.Sərkisyanın konstitusiya maddələrinin pozması sahəsindəki rekordlarına görə “Ginnesin rekordlar kitabı”na nominant hesab etmək olar. Onun nominant olmasında Qərbin dəstəyi şəksizdir. Elə Qərbin dəstəyi ilə nominantlığını rəsmiləşdirəcək".
1news.az