Avropada smartfonla idarə edilən hotel istifadəyə verildi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Avropada smartfonla idarə edilən hotel istifadəyə verildi - VİDEO

23:38 - 14 / 03 / 2018
Avropada smartfonla idarə edilən hotel istifadəyə verildi - VİDEO

Macarıstanın paytaxtı Budapeşt şəhərində smartfon vasitəsilə idarə edilən ilk Avropa hoteli istifadəyə verilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dördulduzlu “KViHotel” mehmanxanasında 40 otağın idarə olunması “TMRW Hotels” mobil əlavəsinin köməyi ilə həyata keçirilir.

Bunun sayəsində hotelin idarəetməsi qonaqlar tərəfindən nömrə bronlaşdırılandan və çıxıb gedənədək onların ixtiyarında olur.

Məlumata görə, hoteldə az sayda işçi çalışır. “TMRW Hotels” əlavəsi sayəsində bütün xidmətlərə bilavasitə qonaqlar tərəfindən nəzarət edilir. “Android” və “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edən mobil proqram vasitəsilə hotelin qonaqları bir düymənin köməyi ilə bütün xidmətlərdən (öncədən nömrə sifariş etmək, hotelə gəlməmişdən 48 saat əvvəl növbəsiz qeydiyyatdan keçmək, mərtəbəni və ya müəyyən nömrəni seçmək) yararlana bilərlər. 

Bildirilir ki, “Bluetooth” bağlantısından istifadə sayəsində hotel sakininin smartfonu eyni zamanda onun qaldığı nömrənin, eləcə də gec gələn vaxtda hotelin əsas girişinin açarı rolunu oynayır.

Eyni zamanda məsafədən xadimə çağırmaq, narahat etməməyi xahiş etmək, taksi sifariş etmək mümkündür. Ödəniş əlavə vasitəsilə həyata keçirilir və bütün prosesə daim nəzarət edilir – hesab əlavəyə və qeyd olunan elektron poçt ünvanına göndərilir.

“TMRW” proqramı hotelin funksiyalarını sadələşdirir: təmizliklə məşğul olan əməkdaşlar görməli olduqları işlərin siyahısını öz smartfonlarında alırlar və sistem xüsusi alqoritmin köməyi ilə görüləcək işləri müəyyənləşdirir. Müəyyən edilmiş gündə qonağın gəldiyi otaq xüsusi üstünlüyə malik olur, müsafir oranı tərk edəndə isə işçi heyəti nömrədə təmizlik işlərinin aparılması barədə bildiriş alır.

“TMRW Hotels” əlavəsinin yaradıcıları bir hotellə kifayətlənmək niyyətində deyillər. Onlar əlavəni Avropada hotel, qonaq evləri, ofis və mənzillər üçün əsas İT alətinə çevirmək istəyirlər.

1news.az

Paylaş:
868

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər