67 və 69 yaşlı iki kişi 11 yaşlı qıza təcavüz etdilər
67 yaşlı Nanci Caviya və 60 yaşlı Arvinq Kubavat həbs olunublar. Onlar yoxsul ailədən olan 11 yaşlı qızı pulla şirnikləndirərək zorlamaqda suçlanırlar.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, təcavüz olayı Hindistanın Qucarat ştatındakı Rackot şəhərində, Babariya səmtində 9 ay əvvəl baş vermişdi.
Polisin apardığı təhqiqat nəticəsində əxlaqsız qocalar dünən həbs olunublar.
11 yaşlı qız hamilə qalanda onun valideynləri övladlarının təcavüzə məruz qaldığını anlayıblar. Qız qorxudulduğu üçün başına gətirilənləri ata-anasına deməmişdi.
"Qız hamiləliyin 8-ci ayında olanda valideynlər hər şeyi başa düşüblər. Qızın atası əlil olduğundan işsizdir, anası isə bazarda süpürgəçilik edir. Qız hadisəni gizlətsə də, sonradan başına gələnləri anasına danışıb", - Baxtinaqar polis idarəsinin açıqlamasında deyilir.
11 yaşlı qız indi hamiləliyin son ayındadır.
1news.az