20 saat telefona baxan qadın az qala öləcəkdi | 1news.az | Xəbərlər
Dünya

20 saat telefona baxan qadın az qala öləcəkdi

11:17 - 16 / 03 / 2018
20 saat telefona baxan qadın az qala öləcəkdi

Çində mobil telefona 20 saat baxan qadın beynində qan laxtalanmasından az qalsın ölürdü.

Adı açıqlanmayan 47 yaşlı qadın 3 saatlıq əməliyyat olunub.

Belə ki, Çinin Henan vilayətindən cənub şəhərinə qatarla gedən qadın 20 saat müddətində fasiləsiz olaraq telefona baxıb.

Qatardan düşəndə isə qadın güclə danışırmış və bədəninin bir tərəfinin hiss etmirmiş, qolunu və ayaqlarını hərəkət etdirməkdə çətinlik çəkirmiş.

Onu əməliyyat edən həkim bildirib ki, qatarda sərnişin sıxlığı ilə əlaqədar bir tərəfə əyilən qadın uzun müddət belə vəziyyətdə qalıb:

“O, qatarda hərəkət etməyib. Bir istiqamədə yataraq telefona baxıb. Uzun müddət belə vəziyyətdə qaldığı üçün damarlarında keçilməzlik yaranıb”.

S.Xankişiyeva

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər