Si Cinpin yenidən Çin Xalq Respublikasının sədri seçilib
Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, martın 17-də keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyasının baş katibi Si Cinpin yenidən ÇXR Sədri, həm də ölkənin silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Van Çişan isə ÇXR Sədrinin müavini seçilib
Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyası martın 5-dən davam edir.
Çin liderinə müddətsiz idarə etməyə icazə verildi
S.Xankişiyeva
683