Putin seçkilərdə səs verdi | 1news.az | Xəbərlər
Dünya

Putin seçkilərdə səs verdi

14:31 - 18 / 03 / 2018
Putin seçkilərdə səs verdi

Rusiya prezidenti Vladimir Putin bu gün ölkədə keçirilən prezident seçkilərində səs verib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, dövlət başçısı adət üzrə Moskvanın Lenin prospektində, Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gəlib.

Xatırladaq ki, martın 18-də Rusiya Federasiyasında prezident seçkiləri keçirilir. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artıqı xaricdədir. Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Rusiya prezident seçkilərində 8 namizəd iştirak edir.

S.Xankişiyeva

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər