Keçmiş prezident saxlanıldı | 1news.az | Xəbərlər
Dünya

Keçmiş prezident saxlanıldı

15:58 - 20 / 03 / 2018
Keçmiş prezident saxlanıldı

Fransanın sabiq prezidenti Nikolas Sarkozi polis tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, N.Sarkozi 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.

“Le Monde” qəzeti isə yazıb ki, N.Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

1news.az

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər