Kabildə terror qurbanlarının sayı artıb: 29 ölü, 52 yaralı – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Kabildə terror qurbanlarının sayı artıb: 29 ölü, 52 yaralı – YENİLƏNİB

16:22 - 21 / 03 / 2018
Kabildə terror qurbanlarının sayı artıb: 29 ölü, 52 yaralı – YENİLƏNİB

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda ölənlərin sayı 29, yaralananların sayı isə 52 nəfərə çatıb.

1news.az-ın məlumatına görə, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Əfqanıstan Səhiyyə Nazirliyinin təmsilçisi bildirib.

Qeyd edək ki, hadisə Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü  Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.

Terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

14:10

Bu gün Kabil Universiteti yaxınlığında güclü partlayış baş verib.

1news.az-ın məlumatına görə, Novruz bayramı şənliyi zamanı baş verən partlayış nəticəsində azı 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

İlkin məlumata əsasən, partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər