Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb

17:22 - 22 / 03 / 2018
Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti bu gün başa çatıb.

1news.az-ın xəbərinə görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək  akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək "Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

1news.az

Paylaş:
541

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər