Fransada İŞİD üzvünün supermarketə hücumu zamanı 2 nəfər ölüb – YENİLƏNİB
Fransada terrorçunun supermarketə hücumu zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb – YENİLƏNİB
Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
İnsanları girov götürmüş Mərakeş əsilli Fransa vətəndaşı, 26 yaşlı Reduan Lakdimi xüsusi əməliyyat zamanı məhv edilib.
İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Hazırda insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.
23.03
Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 2 nəfər ölüb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli BFM TV-yə açıqlamasında şəhərin meri deyib. Yaralıların 12 nəfər olduğu və bütün girovların azad edildiyi bildirilir.
Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu barədə “Sky News Arabia” məlumat yayıb. Supermarketə daxil olan terrorçu İŞİD üzvü olduğunu bildirib. O, daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.
Fransanın daxili işlər naziri Jerar Kolon hadisə yerinə gedəcəyini açıqlayıb. Prokurorluq fakt üzrə terrorçuluq maddəsi ilə təhqiqata başlayıb.
15:54
Fransanın cənubundakı Treb şəhərində silahlı şəxs (və ya şəxslər) supermarketdə insanları girov götürüb.
1news.az-ın xəbərinə görə, bu barədə BFM kanalı məlumat yayılb.
Əraziyə polis qüvvələri göndrilib. Girovların azad olunması üçün əməliyyat keçirilir.
1news.az