Emil Mirzəyev: Azərbaycan xalqı ölkənin gələcək inkişafına və rifahına səs verəcək | 1news.az | Xəbərlər
Siyasət

Emil Mirzəyev: Azərbaycan xalqı ölkənin gələcək inkişafına və rifahına səs verəcək

13:40 - 24 / 03 / 2018
Emil Mirzəyev: Azərbaycan xalqı ölkənin gələcək inkişafına və rifahına səs verəcək

Uzun müddətdir İsveçdə yaşasam da, hər zaman doğma Azərbaycanda baş verən prosesləri maraqla izləyirəm.

Hazırda Azərbaycanda növbəti prezident seçkilərinə hazırlıq gedir və xalqımız 11 aprel seçkilərində azad şəkildə öz seçimini edəcək.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri saytına açıqlamasında İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev deyib.

O bildirib ki, Azərbaycan xalqı  hər zaman olduğu kimi növbəti prezident seçkilərində də ölkənin gələcək inkişafına və rifahına səs verəcək.

E.Mirzəyev əlavə edib ki,  Avropada, xüsusilə də İsveçdəki Azərbaycan diasporu Azərbaycanın uğurlarından məmnundur və ölkənin nailiyyətlərini inkişaf etdirmək üçün səy göstərir.

S.Xankişiyeva

 

Paylaş:
1412

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər