Çində gülmək qadağan edilib | 1news.az | Xəbərlər
Dünya

Çində gülmək qadağan edilib

15:11 - 24 / 03 / 2018
Çində gülmək qadağan edilib

Çin hökuməti bədii sənət əsərlərində yumoristik çarxları və parodiyaları qadağan edib.

1news.az Lenta.ru-ya istinadla xəbər verir ki, qadağa istər televiziyaya, istərsə də bloggerlərə şamil edilib.

Məmurların fikrincə, bu cür hallar “əsas sosialist prinsipləri pozur” və ölkə rəhbəri Si Tsipinin nüfuzuna xələl gətirə bilər.

Dövlət Administrasiyası mətbuat xidmətinin sənədinə əsasən, ölkənin nəşriyyat, radio, kino və televiziyasında “klassik ədəbiyyat və bədii əsərləri təhrif edən, məzxəyərə salan və ya təhqir edən” video-çarxlar qadağan edilir.

Pekin analitiki U Szyanın fikrincə, yeni qaydağalara məhəl qoymayan televiziya işçiləri dərhal işlərindən azad ediləcək, bloggerlər isə bloklanacaq.

S.Xankişiyeva

 

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər