Sekuta: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır

"Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır".
1news.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunan (AmCham) aylıq işgüzar şam yeməyində bəyan edib.
O deyib ki, Azərbaycanın coğrafi mövqeyi və enerji ehtiyatları təkcə regionun yox, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır:
"Bu, həm də digər amillər Azərbaycanın beynəlxalq arenada çəkisini artırır".
1news.az
486