Sinan Oğan: 11 aprel seçkiləri Azərbaycanın istiqlalının davamına vəsilə olacaq | 1news.az | Xəbərlər
Siyasət

Sinan Oğan: 11 aprel seçkiləri Azərbaycanın istiqlalının davamına vəsilə olacaq

14:30 - 28 / 03 / 2018
Sinan Oğan: 11 aprel seçkiləri Azərbaycanın istiqlalının davamına vəsilə olacaq

Azərbaycanda baş verən bütün siyasi prosesləri yaxından izləyirik.

Qardaş ölkədə bu ilin aprelində baş tutacaq prezident seçkilərinə Türkiyədə də böyük maraq var.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan deyib.

O bildirib ki, Azərbaycanda seçkiöncəsi mühit şəffaf və sakitdir.

“Əminəm ki, 11 aprel prezident seçkiləri də Azərbaycanın istiqlalının davamına bir vəsilə olacaq”, - deyə S.Oğan bildirib.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər