QMİ sədri: Azərbaycanda bütün dindarlar seçkilərdə layiqli iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

QMİ sədri: Azərbaycanda bütün dindarlar seçkilərdə layiqli iştirak edəcək

14:41 - 28 / 03 / 2018
QMİ sədri: Azərbaycanda bütün dindarlar seçkilərdə layiqli iştirak edəcək

Azərbaycanda bütün dindarlar qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcək.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanda hər bir vətəndaş kimi dindarlar da seçkilərdə fəal olmalıdır:

"Biz seçkilərdə iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq. Mən inanıram ki, bizim dindarlar seçimlərini edəcək. İnanıram ki, dindarlar seçimlərini edib və kimə səs verəcəyini müəyyən edib. Bu gün azərbaycançılığın inkişafı hər bir insanın və o cümlədən dindarların borcudur".

S.Xankişiyeva

 

Paylaş:
546

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər