Ukrayna Ali Radası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi göndərir

Ukrayna Ali Radası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi göndərəcək.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Ukrayna Ali Radasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycandakı prezident seçkilərini Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Maksim Kuryaçiy müşahidə edəcək.
M.Kuryaçiy aprelin 10-dan Azərbaycanda olacaq, səsvermədən sonra bəyanatla çıxış edəcək.
S.Xankişiyeva
530