ATƏT/DTİHB-nin müşahidəçiləri Lənkəran-Astara seçki dairəsində olub | 1news.az | Xəbərlər
Siyasət

ATƏT/DTİHB-nin müşahidəçiləri Lənkəran-Astara seçki dairəsində olub

10:33 - 28 / 03 / 2018
ATƏT/DTİHB-nin müşahidəçiləri Lənkəran-Astara seçki dairəsində olub

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidəçiləri Buyar Acari və Şarka Hafronkora 76 saylı Lənkəran-Astara seçki dairəsində olublar.

1news.az  xəbər verir ki, bu barədə dairə sədri Məzahir Əliyev məlumat verib.


O bildirib ki, müşahidəçilər seçki dairəsinin fəaliyyəti, treninqlərin keçirilməsi, seçici siyahıları, məntəqələrə veb-kameraların quraşdırılması və digər məsələlərlə maraqlanıb.


Dairə sədri seçkiyə hazırlıq prosesinin qanunvericiliyə uyğun aparıldığını vurğulayıb. O deyib: “Hazırda təbliğat-təşviqat kampaniyası aparılır. Hər seçki məntəqəsi ərazisində təbliğat lövhələri quraşdırılıb. Prezidentliyə namizədlərin hər birinə bərabər şərait yaradılıb. Dairə üzrə 45 seçki məntəqəsi fəaliyyət göstərir. 6 məntəqəyə veb-kamera quraşdırılıb. Dairə üzrə 38 min 68 seçici qeydiyyatdadır. Onlardan 470-i səsvermə hüququndan ilk dəfə istifadə edəcək”.

M. Əliyev dairədə 459 yerli müşahidəçinin qeydiyyatdan keçdiyini qeyd edib.

1news.az

Paylaş:
647

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər