Mübariz Əhmədoğlu: Makron Ermənistanın Fransaya münasibətindəki disbalansı gücləndirmək niyyətindədir

Ermənistan prezidenti S.Sərkisyan uzun müddətdir öz ölkəsinin ərazisində 3 beynəlxalq tədbiri keçirmək məqsədilə fəaliyyət göstərir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:
“Bunlardan ən vacibi Ermənistanda Frankofoniya sammitinin keçirilməsidir. Çünki Frankofoniyanın Ermənistandakı sammitində bir neçə dövlət başçısının iştirakı gözlənilir. O cümlədən Fransa prezidenti E.Makronun oktyabrda Frankofoniya sammiti zamanı Ermənistana gələcəyi təsdiqlənib.
Müstəqil Ermənistanda eyni vaxtda 3 dövlətin prezidentindən artıq heç bir əlavə prezident olmayıb. Bu 2015-ci ilin aprelin 24-də uydurma erməni soyqırımının qeyd olunması zamanı baş verdi. Fransa və Serbiya prezidentləri iştirak etdi. Rusiya prezidenti V.Putinin də “erməni soyqırımında” iştirak etdiyini demək olar. Bu baxımdan Ermənistan qonşularından, xüsusilə Azərbaycandan çox geridədir”.
Politoloqun fikrincə, Fransa prezidenti E.Makronun belə qərarı düşünülməmiş qərardır. Çünki Fransa ilə Ermənistan arasındakı münasibətlərdə Fransanın xeyrinə, eləcə də sağlam düşüncə prizmasından heç bir müsbət proseslər baş verməyib.
“Fransa-Ermənistan münasibətləri Fransa prizmasından müsbət tendensiyaya malik deyil. Fransanın Ermənistandakı keçmiş səfiri Anri Reno etiraf etdi ki, Ermənistanda fransız dilini öyrənənlərin sayı hətta SSRİ dövründə olduğundan da aşağıya düşüb. Görünür Frankofoniya Ermənistan üçün fransız dilinin inkişafı məqsədi ilə deyil, yalnız öz məqsədlərini reallaşdırmağa lazımdır.
Ermənistanla Fransa arasında mal dövriyyəsi 100 milyon dollar həddini ötməyib və illik mal dövriyyəsində də heç bir artım yoxdur. Əksinə azalma istiqamətindədir.
“Orange” mobil operatoru Jak Şirakın dövründə sürətlə Ermənistanın mobil operatorları bazarına daxil oldu. Sonradan “Orange” səhmlərini Rusiyaya məxsus şirkətə satmağa məcbur oldu. “Karfur” dükanlar şəbəkəsi Ermənistanda reallaşa bilmədi. Bu şirkəti də Rusiya ilə sıx əməkdaşlığı olan erməni biznesmenlərindən biri ələ keçirdi”.
M.Əhmədoğlunun fikrincə, Ermənistan-Fransa münasibətlərində artan seqmentlər də var:
“Fransa ərazisində terror həyata keçirən erməni terrorçuları qəhrəmana çevrilir, onların adına küçələr, meydanlar verilir. Fransa rəsmilərinin, parlament deputatlarının Dağlıq Qarabağa marağı artır. “Fransa-Dağlıq Qarabağ” dostluq qrupu yaradılıb. Fransa rəsmiləri yeganə şəxslərdir ki, qoşunların təmas, başqa sözlə işğal xəttində bir neçə dəfə olublar.
Fransanın ayrı-ayrı şəhərləri Dağlıq Qarabağla rəsmi müqavilə imzalayıblar. Belə disbalansın fonunda S.Sərkisyanın E.Makronu Ermənistana gətirtməsi, əslində bu meyli daha da gücləndirəcək. Ermənilərin destruktiv siyasətinə Fransanın dəstəyi artacaq. Fransa üçün Ermənistanla əlaqəli məsələlərdə neqativ meyllər isə güclənəcək. Təbii ki, Fransa dövlətinin inkişafının qayğısını çəkmək, o barədə fikir bildirmək bizim maraq dairəmizə daxil deyil. Amma faktdır ki, hadisələrin başqa istiqaməti yoxdur. Ona görə Makronun Ermənistana səfəri yalnız Ermənistanın xeyrinə, Fransanın əleyhinə yönəlmiş olacaq. S.Sərkisyan Makron kimi prezidenti Yerevana dəvət etməklə özünün imicini gücləndirəcək. E.Makron Fransanın maraqlarının tapdanması hesabına S.Sərkisyanın imicinin güclənməsinə xidmət etməyə razılıq verib.
Səbəbi isə yalnız özünə və yaxud Fransanı idarə edən siyasətçilərə bəllidir”.
S.Xankişiyeva