Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

Rusiyanın Kemerovo şəhərində ticarət-əyləncə mərkəzində baş vermiş yanğın qurbanlarının xatirəsinə bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.
Bu barədə 1news.az Rusiyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir.
Başsağlığı kitabı martın 28-də saat 15:00-dan 18:00-a, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər açıq olacaq.
Qeyd edək ki, yanğında 41-i uşaq olmaqla 64 nəfər ölüb, xeyli insan müxtəlif dərəcəli xəsarətlər alıb.
P.Sultanova
633