Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb – FOTO

14:11 - 29 / 03 / 2018
Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb – FOTO

Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov martın 29-da  Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.

1news.az-ın məlumatına görə, əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Qeyd olunub ki, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər