İtaliyada Azərbaycan vətəndaşlarının seçki hüququnun təmini üçün hər bir şərait yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

İtaliyada Azərbaycan vətəndaşlarının seçki hüququnun təmini üçün hər bir şərait yaradılıb

16:25 - 29 / 03 / 2018
İtaliyada Azərbaycan vətəndaşlarının seçki hüququnun təmini üçün hər bir şərait yaradılıb

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezidenti seçkiləri ilə bağlı ölkəmizin İtaliyadakı səfirliyində hazırlıq işləri başa çatıb.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq, səfirlikdə müvafiq seçki dairəsi üzrə seçki məntəqəsi yaradılıb və məntəqə seçki komissiyasının tərkibi təşkil olunub.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, İtaliyada yaşayan və səfirliyin konsulluq qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısı tərtib olunub və müvafiq siyahı Xarici İşlər Nazirliyi vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

İtaliyada daimi və müvəqqəti əsasda yaşayan, habelə konsulluq qeydiyyatında olan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi üçün hər bir şərait yaradılıb.

S.Xankişiyeva

 

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər