Sultanbek Sultanqaliyev: Əminəm ki, Azərbaycan xalqı ən layiqli namizədə səs verəcək

Prezident seçkiləri Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı olacaq. Əminəm ki, Azərbaycan xalqı aprelin 11-də ən layiqli namizədə səs verəcək.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bunu Qazaxıstandan olan siyasi ekspert Sultanbek Sultanqaliyev deyib.
O bildirib ki, Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün əsaslar var:
“Regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycan seçkilərə demokratik ənənələri və müasir seçki təcrübəsi ilə gedir”.
Ədalətli və demokratik seçkilərin ölkənin suverenliyini əks etdirdiyini deyən Sultanbek Sultanqaliyev ümid etdiyini bildirib ki, seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də əhəmiyyətli təsir göstərəcək.
“Seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aktivləşməsini gözləmək olar”, - deyə ekspert vurğulayıb.
S.Xankişiyeva